Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 02:02
İtaliya A Seriyasında XX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son günündə iki qarşılaşma baş tutub.
“Cenoa” doğma meydanda “Kalyari”ni qəbul edib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Yuventus” isə öz azarkeşləri önündə “Kremoneze” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda “qoca sinyora” rəqibini 5:0 hesabı ilə darmadağın edib.