Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 02:58
Fransa Ukraynanın Avropa İttifaqının ayırdığı 90 milyard avro məbləğində kredit vəsaitindən avrozonadan kənarda istehsal olunan silahların alınması üçün istifadə etməsinə qadağa qoyulmasını təklif edir.
APA xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Avropa Komissiyasının Kiyevə kredit ayrılması ilə bağlı təklifini rəsmi şəkildə təqdim etməsinə bir neçə gün qalsa da, Fransa və Niderland bu kreditin şərtləri ətrafında mübahisəyə başlayıb. Qeyd olunur ki, sözügedən kreditin hərbi və büdcə istiqamətləri üzrə bölüşdürülməsi planlaşdırılır.