NATO patrul xidməti üçün Türkiyədən F-16-ları vaxtından əvvəl təqdim etməyi xahiş edib

Tarix: 13 Jan 2026 05:22

NATO 2026-cı ildə Baltikyanı ölkələrdə hava patrulu missiyası çərçivəsində Türkiyə-dən F-16 qırıcılarını planlaşdırılandan daha erkən təqdim etməyi xahiş edib.

APA xəbər verir ki, barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, NATO ilə Türkiyə arasında Türkiyə hərbi təyyarələrinin 2026-cı ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyada yerləşdirilməsi barədə razılaşma da mövcuddur.

Məqalədə qeyd olunur ki, Ankara hələlik NATO-nun bu müraciətinə necə cavab verəcəyi barədə qərar qəbul etməyib. Mənbələrin bildirdiyinə görə, Türkiyə qırıcıları bu missiya çərçivəsində sonuncu dəfə 2025-ci ilin əvvəlində patrul uçuşları həyata keçirib.

Xəbər Lenti