Tramp İranla fikir ayrılıqlarının diplomatik yolla həllini nəzərdən keçirir

Tarix: 13 Jan 2026 04:47

ABŞ Prezidenti Donald Tramp İranla yaranmış fikir ayrılıqlarının diplomatik yolla həlli imkanlarını araşdırır.

APA xəbər verir ki, bu barədə "The New York Times" ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır.

Mənbələrin məlumatına görə, bununla yanaşı, Tramp İrana qarşı hərbi zərbə variantını da istisna etmir. Xüsusilə, "Bəsic" obyektlərinə zərbələrin endirilməsi ehtimalı müzakirə olunur. Qeyd edək ki, "Bəsic" İslam İnqilabı Keşikçiləri Korpusu-nun tərkibində fəaliyyət göstərən hərbiləşdirilmiş dəstədir.

Xəbər Lenti