Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 05:57
Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall” Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə bu ölkəyə əlavə sistemlər təhvil verəcək.
APA Ukrayna KİV-ə istinadla xəbər verir ki, “Lynx KF41” piyadalar üçün zirehli döyüş maşınlarının ilk nümunələri bu ilin əvvəlində Ukraynaya çatdırılacaq. İlk beş texnika Almaniya tərəfindən maliyyələşdiriləcək. Sonrakı dövrlərdə isə Ukrayna tərəfindən əlavə partiyaların alınması və bu ölkədə istehsalın həyata keçirilməsi nəzərdə tutulur.