Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 10:50
İtaliya Orta Dəhliz üçün Avropada mühüm logistik mərkəz ola bilər.
“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan–İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, hazırda orta təhlizin əhəmiyyəti və imkanları artmaqdadır.
Nazir qeyd edib ki, son illərdə Azərbaycanla İtaliya arasında əlaqələr nəqliyyat, turizm, kənd təsərrüfatı, qida təhlükəsizliyi, mina təmizləmə və digər sahələrdə də sürətli inkişaf edir.
Pərviz Şahbazov onu da əlavə edib ki, İtaliya azad edilmiş ərazilərdə yenidənqurma işlərinə və enerji infrastrukturunun qurulmasına cəlb olunan ilk ölkələrdəndir.
“İnanıram ki, Hökumətlərarası Komissiyanın bugünkü iclasının nəticəsi olaraq 2026–2027-ci illərdə 18 sahəni əhatə edən və 65 tədbirin icrasını nəzərdə tutan fəaliyyət planının qəbul olunması, eləcə də Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi İtaliya-Azərbaycan münasibətlərinin inkişafına yeni impuls verəcək”, - nazir vurğulayıb.
Emil İsmayılov Pərviz Şahbazov Orta Dəhliz İtaliya