Rusiyanın Novokuznetsk şəhərində yeni doğulmuş 9 körpə ölüb

Tarix: 13 Jan 2026 12:14

Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərində doğum evində Yeni il bayramı zamanı yeni doğulmuş 9 körpə ölüb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəstəxana stasionar respirator infeksiya ilə bağlı karantin rejimində olub.

Kuzbass Səhiyyə Nazirliyi doğum evindəki hadisəni təsdiqləyib. Həmçinin, bölgə üzrə araşdırmalar başlanıb. Kemerovo vilayəti üzrə İstintaq Komitəsi, regional prokurorluq və Rusiya Səhiyyə Nəzarəti xidmətləri faktları araşdırır. İstintaq çərçivəsində Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ilə ilkin araşdırma aparılır.

İlqar Xudiyev Rusiya doğum evi körpə ölümü

Xəbər Lenti