Aleksandr Vontov vəfat etdi

Aleksandr Vontov vəfat etdi

Tarix: 17 Jan 2024 18:51

Rusiyanın əməkdar artisti Aleksandr Vontov 74 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda aktyorun çalışdığı V.F.Komissarjevskaya teatrı məlumat yayıb.

Qeyd edək ki, sənətçi 2000-ci illərdə filmlərdə fəal və köməkçi rolları oynamağa başlayıb. Ən diqqətçəkən əsərlər arasında “Puşkin: Son duel”, “Stolıpin... Öyrənilməmiş dərslər”, “Şef” layihələri var.

Onun son film işləri arasında “Zoya” filmindəki İosif Stalinin rolu olub.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti