Türkiyəli nazir: Zəngəzur dəhlizi 2030-cu ilə qədər istismara verilə bilər

Tarix: 13 Jan 2026 13:43

224 kilometr uzunluğundakı Qars-Iğdır-Aralık-Dilucu dəmir yol xətti Zəngəzur dəhlizi üçün əhəmiyyətlidir.

APA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı işləri davam etdirdiyini qeyd edib: “Naxçıvan tərəfdə də yarımçıq qalan işlər var. Azərbaycan tərəfi yəqin ki, bu il onların icrasına başlayacaq.

Nazir Zəngəzur dəhlizinin tikintisinABŞ-ın iştirakını da vurğulayıb.

Abdulkadir Uraloğlunun sözlərinə görə, Türkiyə tərəfi bu il üçün orada irəliləyiş gözləyir.

Nazir əlavə edib ki, bununla da Zəngəzur dəhlizi 2030-cu ilə qədər istismara verilə bilər.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi

Xəbər Lenti