Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 13:04
Ermənistan heç kəslə, o cümlədən Azərbaycanla silahlanma yarışına girməyi planlaşdırmır.
APA xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, bu o demək deyil ki, Ermənistan silah alışı və modernizasiyanı dayandırır.
O qeyd edib ki, planlar mövcuddur, hər hansı bir ziddiyyət yoxdur və ehtiyat planlar müzakirə olunmalı deyil, hər şey proqnozlaşdırıldığı kimi davam edir.
İlqar Xudiyev Ermənistanın müdafiə naziri Suren Papikyan silahlanma yarışı