Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 14:28
Hazırda Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında ayrıca əlaqələr mövcud deyil.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.
“Əlaqələr yarananda bu barədə danışarıq. Hazırda isə heç nə deyə bilmərəm”, – nazir suala cavabında qeyd edib.
İlqar Xudiyev Papikyan Azərbaycan Ermənistan müdafiə nazirlikləri