Ukrayna ordusu Taqanroqda Rusiyanın dron istehsalı zavodunu raketlə vurub

Tarix: 13 Jan 2026 13:54

Ukrayna ordusu Rusiyanın Rostov vilayətində, Taqanroq şəhərində dron istehsalı zavoduna raketlə zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, zərbəyə məruz qalmış “Atlant Aero” müəssisəsi dronların, o cümlədən “Molniya” tipli kəşfiyyat və “Orion” zərbə dronlarının tam layihələndirilməsi, istehsalı və sınaqlarını həyata keçirir.

Baş Qərargahın açıqlamasında qeyd olunub ki, bu obyektin vurulması Rusiyanın PUA istehsalı imkanlarını zəiflədəcək və Rusiyanın Ukrayna ərazisində mülki obyektlərə zərbə vurmaq potensialını azaldacaq.

Bildirilir ki, zavodun istehsal korpusları ərazisində partlayışlar və yanğın müşahidə olunub.

İlqar Xudiyev Rusiya Ukrayna dron istehsalı zavoduna raket zərbəsi

Xəbər Lenti