KİV: Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini fevralın 24-də təqdim edə bilər

Tarix: 13 Jan 2026 16:22

Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketi fevralın 24-də təqdim oluna bilər.

APA xəbər verir ki, bu barədə “Euractiv” avropalı diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, xüsusilə Finlandiya və İsveç Avropa Komissiyasını Rusiyaya lüks malların tədarükünə icazə verməməyə çağırır.

Bundan əlavə, məhdudiyyətlər Rusiya neft tankerlərinə xidmətin qadağan edilməsini və Rusiya gübrələrinin idxalı üzrə kvotaların azaldılmasını nəzərdə tutur.

İlqar Xudiyev Aİ Rusiyaya qarşı 20-ci sanksiya

Xəbər Lenti