Prokurorluq Cənubi Koreyanın sabiq prezidentinə ölüm cəzası istəyib

Tarix: 13 Jan 2026 16:51

Prokurorluq Cənubi Koreyanın sabiq prezidenti Yun Suk Yola ölüm cəzası istəyib.

APA “Yonhap”a istinadən xəbər verir ki, buna səbəb kimi Yun Suk Yolun hərbi vəziyyət elan etməsi göstərilib.

Bildirilib ki, keçmiş prezident ədliyyə və qanunverici orqanları ələ keçirmək məqsədilə ölkədə hərc-mərcliyin yaranmasına səbəb olub.

Qeyd edək ki, Yun Suk Yolun elan etdiyi hərbi vəziyyət uğursuzluqla nəticələnib. O, 2024-cü ilin dekabrında impiçment yolu ilə prezidentlik postundan məhrum edilib. Sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, bir sıra cinayətlərdə ittiham olunur.

Toğrul Quluzadə Cənubi Koreya Yun Suk Yeol ölüm cəzası

Xəbər Lenti