ABŞ “Müsəlman qardaşları”nın Livan, İordaniya və Misir şöbələrini terrorçu təşkilat kimi tanıyıb

Tarix: 13 Jan 2026 18:16

ABŞ-ın Maliyyə və Dövlət departamentləri bu gün “Müsəlman qardaşları” təşkilatının Livan, İordaniya və Misir şöbələrinə qarşı tədbirlər elan edib.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, bu qrupların ABŞ maraqlar üçün risk yaratdığı vurğulanıb.

Dövlət Departamenti “Müsəlman qardaşları” təşkilatının Livan şöbəsini “xarici terror təşkilatı” kimi tanıyıb ki, bu da qrupun fəaliyyətini maddi cəhətdən dəstəkləməyin cinayət sayılması deməkdir. İordaniya və Misir şöbələri isə Maliyyə Departamenti tərəfindən “xüsusi təyinatlı qlobal terrorçular” siyahısına daxil edilib, çünki onlar HAMAS-a dəstək göstərirlər.

“Bu qərarlar “Müsəlman qardaşları” şöbələrinin zorakılıq və sabitliyi pozan fəaliyyətlərini əngəlləmək üçün davamlı səylərin başlanğıc addımlarını əks etdirir. ABŞ bu şöbələrin terrora cəlb olunmaq və ya onu dəstəkləmək üçün istifadə edə biləcəyi resursları əlindən almaq üçün bütün mövcud vasitələrdən istifadə edəcək”, - Dövlət katibi Marko Rubio açıqlamasında bildirib.

İlqar Xudiyev Müsəlman Qardaşları təşkilatı ABŞ HAMAS

Xəbər Lenti