Türk astronavtın kosmosa uçuşu sabaha qaldı 
 - Yenilənib

Türk astronavtın kosmosa uçuşu sabaha qaldı - Yenilənib

Tarix: 17 Jan 2024 21:02

Xəbər verdiyimiz kimi, ilk dəfə Türkiyə vətəndaşı kosmosa səyahət edəcək. Uçuşu bu gecə yerli saatla 01:11-ə planlaşdırılan Alper Gazeravcının səyahəti sabah gecəyə dəyişdirilib. 

“Qafqazinfo” bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

Dəyişikliyin texniki təchizatdakı yoxlanışlarla əlaqəli olduğu bildirilib. 

***

Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır bildirib ki, uçuş yanvarın 18-dən 19-na keçən gecə yerli saatla 00.49-da baş tutacaq:

“Bu müddət ərzində texniki nəzarətin başa çatdırılması planlaşdırılır”.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti