Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 19:11
Rusiya İranın daxili siyasi proseslərinə təxribatçı xarici müdaxiləni qəti şəkildə pisləyir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Vaşinqtonun İrana qarşı yeni hərbi zərbələr endirməklə bağlı təhdidləri qəti şəkildə qəbuledilməzdir.
"Xüsusilə qeyd etmək lazımdır ki, ölkə hökuməti Qərbin düşmən siyasətinin mənfi sosial-iqtisadi nəticələrini neytrallaşdırmaq üçün effektiv yollar axtarmaq məqsədilə cəmiyyətlə konstruktiv dialoqa hazırdır", - Rusiya XİN sözçüsü vurğulayıb.
Fərid Əkbərov Rusiya İran siyasət