ABŞ-ın vitse-prezidenti ilə Rubio Ağ Evdə Danimarka və Qrenlandiya XİN rəhbərləri ilə görüşəcək

Tarix: 13 Jan 2026 18:47

Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri ABŞ vitse-prezidenti Ceyms Di Vens və Dövlət katibi Marko Rubi ilə sabah görüşəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenə istinadən məlumat yayıb.

Bildirilib ki, təcili görüş ABŞ Prezidenti Donald Trampın “X” platformasında özünü otağının pəncərəsindən Qrenlandiyaya baxarkən təsvir edən şəkli paylaşmasından sonra planlaşdırılıb.

Danimarka XİN rəhbəri Kopenhagendə jurnalistlərə bildirib ki, ABŞ vitse-prezidenti Ceyms Di Vens də görüşdə iştirak etmək istədiyini bildirib və görüş məhz onun təşəbbüsü ilə təşkil olunub.

“Bu səbəbdən görüş Ağ Evdə keçiriləcək. Biz bu görüşü istədik ki, bütün bu məsələləri bir otaqda, üz-üzə əyləşərək müzakirə edə bilək”, – Rasmussen qeyd edib.

İlqar Xudiyev Grenlandiya Danimarka ABŞ Tramp

Xəbər Lenti