Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 20:43
Türkiyəli aktyor Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyulub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılan aktrisa və müğənni Emel Müftüoğlu ilə aktyor Oktay Kaynarca, ölkədən çıxışlarına qadağa tətbiq olunmaqla azadlığa buraxılıblar.
Qeyd edək ki, aktyorun vəkili onun ev dustaqlığına buraxılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə isə onun ölkədən çıxışına qadağa qoymaqla sərbəst buraxıb.
***
19:16
Türkiyəli tanınmış aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, onlar məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılıblar.
Qeyd edək ki, aktyor saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.
Dəryanur Cəfərova
***
12:31
Türkiyəli tanınmış aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu və daha 4 nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Onlar Türkiyədə tanınmış şəxslərə qarşı aparılan "narkotik işi" çərçivəsində saxlanılıblar.
Qeyd edək ki, Türkiyədə “Kızılcık Şerbeti” serialının baş rol ifaçısı Doğukan Güngör də bir neçə gün əvvəl saxlanılıb.
Oktay Kaynarca müğənni Emel Müftüoğlu