Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 13 Jan 2026 22:02
Böyük Britaniyanın baş naziri Kir Starmerin ABŞ Prezidenti Donald Trampın sədrlik edəcəyi Qəzza zolağını idarə edən "Sülh Şurası"na qoşulmağa razılıq verməsi gözlənilir.
APA xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat verib.
ABŞ administrasiyasının planına görə, bir neçə dünya liderini bir araya gətirəcəyi gözlənilən yeni qurum Qəzza zolağını idarə edəcək, digər məsələlərlə yanaşı, anklavın yenidən qurulması, investisiyaların cəlb edilməsi və HAMAS hərəkatının tərksilah edilməsi barədə qərarlar qəbul edəcək.
Qəzetin məlumatına görə, Tramp bu həftənin əvvəlində "Sülh Şurası"nın tərkibini açıqlaya bilər.
Qurumun ilk iclası gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunun sessiyası çərçivəsində baş tuta bilər.