Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 13 Jan 2026 23:39
HAMAS hərəkatının Xəlil əl-Həyyənin rəhbərlik etdiyi nümayəndə heyəti Misirin paytaxtı Qahirəyə gəlib.
APA xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidmətinin “Telegram” kanalında bildirilir.
HAMAS nümayəndə heyətinin misirli tərəf müqabilləri ilə Qəzza zolağında atəşkəs sazişinin birinci mərhələsinin başa çatması və sazişin ikinci mərhələsinin tez bir zamanda həyata keçirilməsi məsələlərini müzakirə etməsi gözlənilir.