Tramp: Çin ABŞ-ın ən böyük vergi ödəyicilərindən birinə çevrilib

Tarix: 14 Jan 2026 00:13

ABŞ Prezidenti Donald Tramp onun administrasiyası tərəfindən tətbiq edilən tariflər səbəbilə Çinin ABŞ büdcəsinin ən böyük gəlir mənbələrindən birinə çevrildiyini deyib.

APA xəbər verir ki, Tramp bu barədə Miçiqan ştatındakı çıxışı zamanı danışıb.

"Çin indi ən böyük vergi ödəyicilərimizdən biridir. Çin, buna heç inanardınızmı? Sübutlar açıq şəkildə göstərir ki, rüsumlar ABŞ istehlakçıları tərəfindən deyil, xarici ölkələr və vasitəçilər tərəfindən ödənilir", - o bildirib.

Xəbər Lenti