Maykl Kerrik “Mançester Yunayted”in baş məşqçisi təyin olunub

Tarix: 13 Jan 2026 23:55

Ruben Amorimlə yollarını ayıran “Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar”a Maykl Kerrik rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, ingiltərəli mütəxəssis mövsümün sonuna qədər Premyer Liqa klubunu çalışdıracaq.

Qeyd edək ki, “Yunayted” hazırda çempionatda 32 xalla 7-ci pillədə qərarlaşıb.

ApaSport

Xəbər Lenti