ABŞ bu məsələdə Türkiyəyə dəstək olduğunu açıqladı

ABŞ bu məsələdə Türkiyəyə dəstək olduğunu açıqladı

Tarix: 18 Jan 2024 01:42

“Türkiyəyə F-16-ların satışına dəstəyimiz davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi  bildirib.

Kirbi, Co Bayden administrasiyasının vəzifəyə gəldiyi gündən bu mövzuda eyni xətt üzrə irəlilədiyini qeyd edib:

“Bu mövzuda ardıcıl siyasi mövqeyimiz var. Biz əlavə F-16-ların satışını dəstəkləməyə davam edirik və Türkiyənin F-16 donanmasının modernləşdirilməsi üçün əlimizdən gələni edirik”.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti