Sumqayıtdakı yanğında neçə nəfər tüstüdən zəhərlənib? 
 - Rəsmi açıqlama

Sumqayıtdakı yanğında neçə nəfər tüstüdən zəhərlənib? - Rəsmi açıqlama

Tarix: 18 Jan 2024 01:13

Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.

Bu barədə “Qafqazinfo”ya Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Məlumata görə, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.

1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.

2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.

Briqadalar hazırda hadisə yerindədir.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti