Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 02:50
ABŞ-ın “SpaceX” şirkəti etirazlar zamanı internetin kəsilməsi fonunda İranda “Starlink” şəbəkəsinə giriş üçün ödənişi ləğv edib.
APA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, şirkət hələlik pulsuz giriş barədə məlumatı təsdiqləməyib. Çünki məlumat rəsmi olaraq açıqlanmayıb.
Beynəlxalq internet monitorinq xidməti olan “NetBlocks”un məlumatına görə, İranda internetə giriş artıq 96 saatdan çoxdur məhdudlaşdırılıb.