“Neftçi”dən çətin qələbə

“Neftçi”dən çətin qələbə

Tarix: 18 Jan 2024 10:00

Azərbaycan Basketbol Liqasında 11-ci turun daha bir oyunu baş tutub.

“Qafqazinfo” xəbər verir ki, günün ikinci matçında liderlər qrupunda qərarlaşan “Neftçi” klubu “Cəlilabad” ilə qarşılaşıb.

Gərgin mübarizəyə səhnə olan görüş “Neftçi”nin 72:63 hesablı çətin qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Toraje Breyk (20 xal, 11 asist), “Cəlilabad”dan isə Rişan Conson (15 xal, 10 ribaund) olublar.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti