Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 10:36
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, ada Danimarkanı seçir və Vaşinqtona məxsus olmayacaq, ABŞ tərəfindən idarə olunmayacaq.
APA "The Guardian”a istinadən xəbər verir ki, o bu barədə Qrenlandiya və Danimarka Baş nazirlərinin birgə mətbuat konfransında çıxış edərkən deyib.
“Əgər hazırda ABŞ və Danimarka arasında seçim etməli olsaq, Danimarkanı, NATO-nu və Aİ-ni seçərik”, - Nilsen bildirib.
Nilsen əlavə edib ki, adanın məqsədi və istəyi əməkdaşlığa əsaslanan sülh yolu ilə dialoqdur. O, Trampın Qrenlandiyanı ələ keçirmə niyyətinin beynəlxalq hüquq və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququ məsələsi olduğunu vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə bu bəyanata kəskin reaksiya verərək Qrenlandiya baş nazirini hədələyib. Jurnalistlər Trampdan Qrenlandiyanın Danimarka ilə qalmaq istəyi barədə şərh istədikdə, o, “Onun kim olduğunu bilmirəm” və “Onun haqqında heç nə bilmirəm” deyə cavab verib.
“Bu onların problemidir. Mən onunla razı deyiləm. Onu tanımıram, amma bu onun üçün böyük problem olacaq”, – ABŞ Prezidenti bildirib.
İlqar Xudiyev ABŞ Tramp Qrelandiya Danimarka