Əraqçi və Trampın xüsusi nümayəndəsi arasında birbaşa təmaslar dayandırılıb

Tarix: 14 Jan 2026 13:28

İranın xarici işlər naziri Abbaş Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında birbaşa təmaslar dayandırılıb.

APA xəbər verir ki, bu barədə anonim iranlı rəsmi “Reuters”ə danışıb.

O bildirib ki, ABŞ-ın təhdidləri diplomatik səylərə zərbə vurur.

Mənbə Uitkoff və Əraqçi arasında nüvə məsələsi ilə bağlı keçirilə biləcək görüşlərin də ləğv edildiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp iranlı rəsmilərlə bütün görüşləri ləğv etdiyini elan edib.

Toğrul Quluzadə ABŞ. İran Uitkoff Əraqçi

Xəbər Lenti