Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 14:21
Hindistanın Tehrandakı səfirliyi vətəndaşlarını İranı tərk etməyə çağırıb.
APA xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb.
Hindistan vətəndaşlarına İrandakı etirazlara qoşulmamaq tapşırılıb və mümkün olan hər bir vasitə ilə, eləcə də kommersiya uçuşları ilə olsa belə, İranı tərk etmək tövsiyə olunub.
Qeyd edək ki, İranda bir neçə gündür internet kəsilib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) verdiyi məlumata görə, etiraz aksiyalarında ölənlərin sayı 2571 nəfərdir, minlərlə insan həbs olunub.
Toğrul Quluzadə Hindistan İran