Paşinyan Ermənistanın Aİ və Aİİ arasında seçimindən danışıb: xalqın iradəsinə buraxacağıq

Tarix: 14 Jan 2026 13:51

Hökuməti Ermənistanı Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü etmək niyyətindədir və bu istiqamətdə ölkəni Aİ standartlarına uyğun dövlətə çevirmək üzərində çalışır.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

“Strategiyamız belədir: Ermənistanı Aİ standartlarına uyğun ölkəyə çevirmək yolunda çox möhkəm və aydın addımlar atmalıyıq”, - o bildirib.

Paşinyan, həmçinin, Aİ və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyün eyni anda mümkün olmadığını qeyd edib, lakin hazırda hər iki yol üçün hələ də imkanın olduğunu vurğulayıb: “Biz bu anda həm Aİİ üzvüyük, həm də Aİ-yə üzvlük yolunda irəliləyirik. Mövcud durum mümkün olduğu müddətə qədər Aİİ-də qalacağıq. Bu mümkün olmadıqda isə Ermənistan xalqının sərbəst iradəsinə əsaslanaraq qərar qəbul edəcəyik”.

İlqar Xudiyev Ermənistan Aİ AİƏT

Xəbər Lenti