Lavrov: Rusiya Venesuela ilə müqavilələrinə sadiqdir

Tarix: 14 Jan 2026 14:57

ABŞ-ın Venesueladakı əməliyyatı qanunsuzdur və dünya ölkələrinin böyük əksəriyyəti bu mövqeyi bölüşür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, burada söhbət ABŞ tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasından gedir.

Lavrov vurğulayıb ki, Rusiya Venesuela ilə müqavilələrinə sadiqdir.

"Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe prinsipialdır və hökumətləri təbii olaraq bütün əhalinin maraqlarını təmsil edən bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanır və Venesuela məhz belə bir dövlət olub", - Rusiya XİN başçısı qeyd edib.

Fərid Əkbərov Lavrov ABŞ Venesuela

Xəbər Lenti