Aİ Ukraynaya 60 milyard avroluq hərbi dəstək göstərəcək

Tarix: 14 Jan 2026 14:56

Avropa İttifaqının 2026-2027-ci illər ərzində Ukraynaya 90 milyard avro dəyərində verəcəyi dəstəyin əsas hissəsi hərbi sahəyə ayrılacaq.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen mətbuat konfransında bildirib.

“Ukraynaya ayırdığımız 90 milyard avronun iki hissəyə - 30 və 60 milyard avroya bölünməsi təklif edilib. 30 milyard avro Ukraynaya büdcə dəstəyi olaraq, 60 milyard avro isə hərbi dəstək olaraq ayrılacaq”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.

Toğrul Quluzadə Avropa Ukrayna Ursula von der Leyen

Xəbər Lenti