Gürcüstan 2030-cu ilədək elektrik enerjisi ilə özünü tam təmin etməyi hədəfləyib

Tarix: 14 Jan 2026 16:03

Gürcüstan 2030-cu ilədək elektrik enerjisi baxımından özünü tam təmin edən ölkəyə çevrilməyi hədəfləyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabidə keçirilən Dayanıqlı İnkişaf Həftəsi sammitində deyib.

Onun sözlərinə görə, Gürcüstanda istehsal olunacaq elektrik enerjisinin Avropa bazarlarına ixracı mümkün olacaq.

“Bunun üçün çox böyük imkanlar var. İnanıram ki, bu perspektiv 2026-cı ildə reallaşdırılacaq”, - Kobaxidze əlavə edib.

Baş nazir Qara dəniz sualtı kabel layihəsindən də danışaraq qeyd edib ki, Gürcüstan hökuməti bu layihəyə böyük önəm verir və Avropa Komissiyasının onu prioritetlər siyahısına daxil etməsini müsbət qiymətləndirir: “Bu layihəsiz Gürcüstanın enerji resurslarının tam istifadəsi çətin olardı. Layihə ortaq maraq doğurur və biz onun həyata keçirilməsinə daha da nikbin yanaşırıq”.

Cəmilə Babayeva Gürcüstan elektrik enerjisi Kobaxidze

Xəbər Lenti