Yaponiyada növbədənkənar seçkilər planlaşdırılır

Tarix: 14 Jan 2026 15:51

Yaponiya Baş naziri Sanae Takaiçi gələn həftə parlamenti buraxmağı və növbədənkənar ümumi seçkilər təyin etməyi planlaşdırır.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Hakim Liberal Demokrat Partiyasının (LDP) baş katibi Şuniçi Suzuki bildirib.

“Biz yeni mandat almağa ehtiyac duyuruq”, - Suzuki Baş nazir Takaiçi ilə görüşdən sonra jurnalistlərə deyib.

Məsələ ilə bağlı məlumatlı mənbənin sözlərinə görə, Takaiçi seçkilərin 8 fevral tarixində keçirilməsini nəzərdən keçirir.

İlqar Xudiyev Takaiçi Yaponiya növbədənkənar parlament seçkiləri

Xəbər Lenti