Lavrov Makronun Putinlə əlaqə saxlamaq planları ilə bağlı açıqlamasını “publikaya işləmək” adlandırıb

Tarix: 14 Jan 2026 15:50

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa prezidenti Emmanuel Makronun Vladimir Putinlə əlaqə saxlamaq planları ilə bağlı açıqlamasını “publikaya işləmək” adlandırıb.

APA xəbər verir ki, bu barədə o, Namibiyanın beynəlxalq münasibətlər naziri Selma Aşipala-Musavya ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Makronun Putinlə telefon danışığı aparmaq planlarına münasibət bildirərkən deyib.

"Cənab Makron kimi birisi "danışacağam, onsuz da Putinlə danışmalı olacağıq və bir neçə həftədən sonra bir şey təklif edəcəyəm" deyirsə, bu, ciddi deyil. Bu, heç vaxt yaxşı bir şeyə gətirib çıxarmayan, mikrofon diplomatiyasının, meqafon diplomatiyasının bir forması olan “publikaya işləməkdir", - Rusiya XİN başçısı qeyd edib.

Fərid Əkbərov Lavrov Rusiya Fransa Makron Putin

Xəbər Lenti