Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 18:05
Polşa hökuməti Rusiyanın ölkənin enerji şəbəkəsinə qarşı genişmiqyaslı kiberhücum arxasında dayandığını bildirib.
APA xəbər verir ki, bu barədə “Euractiv” rəqəmsal inkişaf naziri Krzisztof Qavkovskiyə istinadən məlumat yayıb.
Məlumata görə, Varşava Milad bayramı dövründə baş tutan hücumu dəf edə bilib.
Qavkovski bildirib ki, hücum zamanı ölkənin enerji sistemi kollaps təhlükəsi ilə üzləşib.
“Son illərdə enerji sektoruna qarşı ən böyük hücum oldu və dekabrın sonunda ölkə üzrə enerji kəsintisinə səbəb ola bilərdi”, – nazir bildirib.
O, əlavə edib ki, 2025-ci ilin Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesabatına görə, son illərdə Rusiyanın Avropanın kritik infrastrukturuna qarşı sabotaj fəaliyyəti intensivləşib.
Qavkovski vurğulayıb ki, müharibənin xarakteri dəyişir və artıq rəqəmsal müstəviyə keçib.
“Polşanın küçələrində qoşunun olması və ya təyyarələrin uçması, tankların irəliləməsi lazım deyil, çünki ‘rəqəmsal tanklar’ artıq buradadır”, – nazir qeyd edib.
İlqar Xudiyev Polşaya qarşı kiberhücum Rusiya Enerji şəbəkəsi