Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 19:00
Amerika Birləşmiş Ştatları Türkiyə ilə güclü tərəfdaşlığı yüksək qiymətləndirir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşlə bağlı “X” sosial media hesabında paylaşımında qeyd edib.
“ABŞ Türkiyə ilə olan güclü tərəfdaşlığımıza böyük dəyər verir və Suriyada davam edən səylərimiz də daxil olmaqla, regional sabitliyin irəliləməsi və ortaq çağırışların həlli üçün birlikdə işləməyə qətiyyətlə davam edir”, - səfir qeyd edib.
Dəryanur Cəfərova ABŞ Türkiyə Tom Barrak