Tramp Qrenlandiya üçün NATO-nun Danimarkaya çağırış etməsini istəyib

Tarix: 14 Jan 2026 18:06

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çini Qrenlandiyaya yaxın Arktik sulardan çıxarmağa yalnız ABŞ-ın qadir olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social”da paylaşım edib.

“NATO: Danimarkaya deyin ki, onları dərhal ordan çıxarsın! İki it xizəyi kifayət etməyəcək. Bunu sadəcə ABŞ edə bilər”, - Tramp qeyd edib.

O, paylaşımın altına “Just the News”ə məxsus məqalənin linkini yerləşdirib.

Sözügedən məqalədə Danimarka hərbi kəşfiyyatının Rusiya və Çinin Qrenlandiyaya yaxın sularda öz hərbi mövcudluqlarını artırmaq niyyətləri ilə bağlı hesabatından danışılır.

Toğrul Quluzadə ABŞ Rusiya Çin Qrenlandiya Tramp

Xəbər Lenti