Britaniya Qətərdəki aviabazadan hərbçilərinin bir hissəsini təxliyə edir

Tarix: 14 Jan 2026 21:20

Yaxın Şərqdə gərginliyin artması fonunda Böyük Britaniya Qətərdə yerləşən Əl-Udeyd aviabazasından hərbçilərinin bir hissəsini təxliyə edir. APA xəbər verir ki, bu barədə "Daily Mail and General Trust" media qrupuna daxil olan "i" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, britaniyalı hərbçilər həmin aviabazada ABŞ Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə yerləşdirilib.

Xəbər Lenti