Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 00:34
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ lideri Donald Trampı Qrenlandiya məsələsində Kopenhagenin qırmızı xətlərinə hörmət etməyə çağırıb. APA xəbər verir ki, nazir bu barədə Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.
“Fikir ayrılıqları mövcuddur. Biz razıyıq ki, ABŞ prezidentinin narahatlıqlarının nəzərə alınıb-alınmamasının mümkün olub-olmadığını araşdırmaq üçün, eyni zamanda Danimarka Krallığının qırmızı xətlərinə hörmət etməklə, yüksək səviyyədə danışıqlar masası arxasına əyləşmək məntiqlidir”, – deyə nazir bildirib.