Almaniya bu həftə Qrenlandiyaya hərbçilər göndərəcək

Tarix: 15 Jan 2026 00:18

Almaniya bu həftə ərzində Qrenlandiyaya öz hərbi qulluqçularını göndərəcək. APA xəbər verir ki, bu barədə "Bild" nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ilkin mərhələdə Bundesverin hərbçilərindən ibarət qrup göndəriləcək. Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi "Bild"ə bildirib ki, bu məlumatı nə təsdiqləyə, nə də təkzib edə bilər.

Qəzetin yazdığına görə, əməliyyat artıq yanvarın 15-də başlaya bilər. Almaniya hökuməti və Bundestaqdakı mənbələr isə bildiriblər ki, ilk kəşfiyyat qrupu yanvarın 15-də yola düşəcək.

Xəbər Lenti