İran XİN: İsrail ABŞ-ı İslam Respublikası ilə münaqişəyə cəlb etməyə çalışıb

Tarix: 15 Jan 2026 01:44

İsrail hakimiyyəti nümayişçilərin sıralarına sızdırılmış terrorçular vasitəsilə ABŞ Prezidenti Donald Trampı və onun administrasiyasını İranla münaqişəyə cəlb etməyə çalışıb. APA xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "Fox News" telekanalına müsahibəsində bildirib.

“Biz üç gün ərzində faktiki olaraq etirazçılarla deyil, terrorçularla döyüşürdük. Onlar insanlara atəş açmağa başlayanda bunu yalnız bir məqsədlə edirdilər – qurbanların sayını artırmaq üçün. Çünki Prezident Tramp demişdi ki, qətllər olarsa, müdaxilə edəcək. Onlar da Trampı münaqişəyə cəlb etmək istəyirdilər. İsrailin planı məhz ABŞ prezidentini bu qarşıdurmaya çəkmək idi”, - nazir qeyd edib.

Xəbər Lenti