Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 15 Jan 2026 03:25
Fransız hərbçiləri Qrenlandiyada Avropa hərbi missiyasında iştirak edəcəklər. APA xəbər verir ki, bu barədə "Agence France-Presse" respublikanın silahlı qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb. Əlavə təfərrüatlar açıqlanmayıb.
Bundan əvvəl Almaniya və İsveç Qrenlandiyaya hərbi qulluqçular göndərəcəklərini bəyan ediblər. Söhbət kəşfiyyat bölmələrindən gedir.
Mənbə: apa.az