Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 04:31
Böyük Britaniya “kölgə donanması”na məxsus tankerlərin ələ keçirilməsi məqsədilə xüsusi təyinatlı qüvvələrin hərbçilərini hazırlayır. APA xəbər verir ki, bu barədə "The Times" qəzeti müdafiə sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu cür əməliyyatların həyata keçirilməsi ilə ehtimal ki, Kral Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölməsi olan Xüsusi Qayıq Xidməti məşğul olacaq.