Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 03:55
İran bütün təyyarələr üçün hava məkanını bağlayıb. APA xəbər verir ki, bu barədə "Flightradar24" portalının "X" hesabındakı məlumatda deyilir. Məlumata görə, yalnız əvvəlcədən icazə almış beynəlxalq reyslərə uçuşlara icazə verilir.
Tehran tərəfindən yayımlanan NOTAM-a əsasən, məhdudiyyətlər yanvarın 15-i saat 08:00-dək qüvvədə olacaq. Yanvarın 14-də Reuters ABŞ-ın 24 saat ərzində İrana zərbə endirə biləcəyi barədə xəbər vermişdi.
*** 02:51 İran hakimiyyəti İraqla sərhədə bitişik bölgədə hava məkanının bağlanması barədə göstəriş verib. APA xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, İran İraqdan istiqamətlənən təyyarələr üçün hava məkanını bağlayıb.
Bundan bir gün öncə Tehran Bağdada müraciət edərək İslam Respublikasına planlaşdırılan mülki reyslərin İranla əvvəlcədən razılaşdırılmadan həyata keçirilməməsini xahiş edib.