Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 18 Jan 2024 16:18
Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub.
APA-nın xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi MMC-dir.
Mənbə: apa.az