Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 05:47
İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, Tehran ballistik raketlərlə bağlı proqramından imtinanı müzakirə etməyə hazır deyil, çünki bu proqram ölkənin milli təhlükəsizliyi və müdafiəsinin əsas elementidir.
APA xəbər verir ki, Araqçi bunu "Fox News" telekanalına müsahibəsində vurğulayıb.
“Ballistik raketlər bizim müdafiə vasitəmiz və ən etibarlı qorunma alətimizdir, bu, müzakirə mövzusu deyil. Təhlükəsizliyimiz və müdafiəmiz üçün lazım olan ballistik raketlərimizlə bağlı niyə danışıqlar aparmalıyıq?” – deyə nazir bildirib.