Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 07:44
G7 ölkələri İrana qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə hazırdır. APA xəbər verir ki, bu barədə yanvarın 14-də Kanadanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan G7 xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, G7 ölkələri İranda davam edən etirazlar fonunda vəziyyətin inkişafından “son dərəcə narahatdırlar”. Bəyanatda vurğulanır ki, əgər İran beynəlxalq insan hüquqları üzrə öhdəliklərini pozaraq etirazların qarşısını almağa və onları boğmağa davam edərsə, G7 üzvləri əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdırlar.