Rubio Qrenlandiyanın alınması ilə bağlı təklif hazırlamalıdır

Tarix: 15 Jan 2026 06:54

ABŞ dövlət katibi Marko Rubioya yaxın həftələr ərzində Qrenlandiyanın alınması ilə bağlı təklifin hazırlanması tapşırılıb. APA xəbər verir ki, bu barədə "NBC" Ağ Evdəki rəsmi mənbəyə istinadən məlumat yayıb.

“Məlumatda bildirilir ki, Rubioya yaxın həftələrdə Qrenlandiyanın alınması ilə bağlı təklif hazırlamaq tapşırılıb”.

Qeyd olunur ki, bu məsələ ABŞ Prezidenti Donald Tramp üçün prioritet xarakter daşıyır.

Xəbər Lenti